İŞİD öz adamını çarmıxa çəkdi

10:00 | 29.06.2014
İŞİD öz adamını çarmıxa çəkdi

İŞİD öz adamını çarmıxa çəkdi

ŞİD öz üzvünü oğurluq etdiyi üçün cəzalandırıb.

ANS PRESS-in məlumatına görə, İraq Şam İslam Dövləti (İŞİD) silahlıları qruplaşma üzvlərindən biri Suriyada oğurluq etdiyi üçün öldürülüb. Maraqlısı isə budur ki, öldürən tərəf də məhz elə İŞİD üzvləri olub.

İŞİD-lə əlaqəsi olan "Twitter" və "Facebook" sosial şəbəkələrində yayılan edam fotosu görənləri dəhşətə gətirib. Hələb ərazisində yerləşən Əl-bab rayonu meydanında həyata keçirilən edamda İŞİD üzvünün boynuna "söyüşlə, hədə ilə insanların pulunu oğurladığı üçün öldürülüb" yazısı olan kağız asıblar. Daha sonra çarmıxa çəkilmiş həmin şəxsin fotosunu sosial şəbəkədə yayıblar.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM