İŞİD öz axmaqlığının qurbanı oldu - Geri çəkilirlər

17:46 | 13.10.2014
İŞİD öz axmaqlığının qurbanı oldu - Geri çəkilirlər

İŞİD öz axmaqlığının qurbanı oldu - Geri çəkilirlər

Kobanini ələ keçirmək üçün hücumlarını davam etdirən İŞİD terror təşkilatının internetdə paylaşdığı işğal xəritəsi öz başına dərd olub.

ANN.Az "Haberturk"ə istinadən xəbər verir ki, xəritədə İŞİD qüvvələrinin Kobani küçələrindəki mövqeləri göstərilib. İŞİD-in  Kobanını "işğal" xəritəsi sosial şəbəkələrdə peyda olandan sonra, ABŞ və koalisiya qüvvələrinin hərbi təyyarələri xəritədəki nöqtələrə aviazərbələr endirib. Bununla da, YPG ilk dəfə hücuma keçib.Dünən səhər saat 08.00-da həyat keçirilən 2 hava hücumunda İŞİD qüvvələrininin əlində olan 4 məntəqə bombalanıb. Bombalanan bölgələrin İŞİD-in əlindəki əsayiş binası olduğu deyilir. Kobani şəhər rəsmisi İbrahim Kürdo jurnalistlərə açıqlamasında deyib ki, İŞİD hücumları başladığı gündən bu yana ilk dəfə müdafiə mövqeyinə çəkilməyə məcbur olublar: "Bu səhər həyata keçirilən hava bombardmanı İŞİD-ə böyük ziyan vurdu. Həm ağır artileriyaları vuruldu, həm də çoxlu itki verdilər".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM