İraq Şam İslam Dövləti (İŞİD) hakim olduğu bölgələrdə öz pul vahidinin istifadəsi üçün hərəkətə keçib.ANN.Az xəbər verir ki, İngilis Daily Mail qəzetində yer alan xəbərə görə, İŞİD-in istehsal etmək istədiyi pullar qızıl və gümüş sikkə şəklində olacaq. Yeni pulları İŞİD-in önümüzdəki bir neçə həftə içində tədavülə buraxması gözlənilir. Terror təşkilatı bu pulların istehsalında Xəlifə Osmanın 630-cu ildə tədavülə buraxdığı yumru sikkədən nümunə götürəcək.Qeyd edək ki, o dövrdəki sikkənin bir tərəfindən islami yazıların olduğu damğa, digər üzündə hökmdarın adı və istehsal tarixi yazılırdı. Bu qızıl sikkə İslam dinarı adını daşıyırdı, təxminən 4,3 qram ağırlığında idi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !