İŞİD üzvlərin bank hesabları ortaya çıxdı

16:38 | 17.03.2015
İŞİD üzvlərin bank hesabları ortaya çıxdı

İŞİD üzvlərin bank hesabları ortaya çıxdı

İngiltərə vətəndaşları olan İŞİD üzvlərinin bank hesabları ortaya çıxıb.
 
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu hesablar hökumətə bəlli olsa da, onlar dondurulmayıb. Hətta terrorçu cəllad "cihadçı Con" olaraq tanınan ingilis vətəndaşı Muhammed Mevazinin də bank hesabı müəyyənləşib.

Qeyri-rəsmi məlumata görə, hazırda İŞİD sıralarında 600-dən çox İngiltərə vətəndaşı döyüşür və onların yarısından çoxunun adları, bank hesabları müəyyən olunub. Mütəxəssislər ingilis hökumətinin bu bank hesablarını deaktiv etməməsini düzgün hesab etmirlər. Buckhingham Univeristetinin kəşfiyyat və təhlükəsizlik mərkəzinin direktoru professor Antoni Glees hələ də İŞİD üzvü olan ingilis vətəndaşlarının bank hesablarının aktiv qalmasını "anlaşılmaz vəziyyət" kimi dəyərləndirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM