Bununla bağlı Cinayət Məcəlləsinə xüsusi maddə əlavə edilir
Azərbaycanda əmək müqaviləsi olmadan işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi cinayət məsuliyyəti yaradacaq.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə xüsusi olaraq 162-1-ci maddə əlavə olunur.
Yeni maddəyə görə, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən xeyli sayda işçinin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7 min manatdan 10 min manata qədər və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Eyni əməllər təkrar törədildikdə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Bu maddədə “xeyli sayda” dedikdə, 10 və 10-dan çox işçi sayı nəzərdə tutulur.
Layihə Milli Məclisin dekabrın 17-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
APA
Bizi sosial şəbəkələrdə izləyin !