İşindən narazı qalan məmur özünü öldürdü

20:05 | 17.01.2014
İşindən narazı qalan məmur özünü öldürdü

İşindən narazı qalan məmur özünü öldürdü

Buryatiyada kənd administrasiyasının rəhbəri öz işinin nəticəsindən razı qalmadığı üçün həyatına qəsd edib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, 48 yaşlı kənd rəhbəri Yuri Çuklov bu gün özünü asıb. İstintaq komitəsi hadisə ilə bağlı araşdırma aparır. İlkin məlumata görə, məmur seçicilərinin arzularının yerinə yetirə bilmədiyi səbəbindən son vaxtlar depressiyada olub. Çuklov 2013-cü ilin sentyabr ayında keçirilən seçkilərdə qalib gəlib. Onun namizədliyinin lehinə 317, əvvəlki kənd rəhbəri olan rəqibinin lehinə isə 100-ə yaxın seçici səs veribmiş. Çuklov əvvəlcə işləməyə başlayıb. Ancaq sonra məlum olub ki, kəndin rəhbəri çoxsaylı sənəd rəsmiləşdirməlidir, ona çoxlu şikayət və xahiş daxil olur, yerli büdcə isə bütün işləri görməyə yetərli deyil.

Modern.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM