İslam Həmrəyliyi Oyunları başa çatdı

23:01 | 18.08.2022
İslam Həmrəyliyi Oyunları başa çatdı

İslam Həmrəyliyi Oyunları başa çatdı

Türkiyənin Konya şəhərindəki 15 İyul Stadionunda V İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi başlayıb.

 "Report" xəbər verir ki, mərasimə Azərbaycandan rəsmi şəxs qismində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov qatılıb.

Əvvəlcə Türkiyənin Dövlət Himni səsləndirilib. Daha sonra iştirakçı 56 ölkənin rəsmi keçidi olub. Azərbaycan bayrağını 3x3 basketbolçu Zaur Paşayev daşıyıb.

Daha sonra Oyunların könüllüləri səhnəyə dəvət edilərək, onlara təşəkkür ifadə olunub.

Türkiyənin gənclik və idman naziri, Konya-2021-in Hazırlıq və Təşkilat Komitəsinin sədri Mehmet Kasapoğlu çıxış edərək,  bildirib ki, bu Oyunlarda uduzan olmayıb, qazanan isə birlik-bərabərlik, dostluq-qardaşlıq olub.

Yarışın unudulmaz anlarla yadda qaldığını söyləyən İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Abdülaziz bin Türki el Faysal el-Suud idmançıları dəstəkləyən hər kəsə, eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. O, dünyaya "Həmrəylik adımız, sülh dilimiz, idman meydanlarında şərəfli rəqabət isə yolumuzdur" mesajını verən idmançılara minnətdarlığını bildirib.

Bağlanış mərasimi atəşfəşanlıq və müğənni Kubatın konserti ilə bitib

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti