Mayın 15-də saat 12.41-də naməlum şəxs mobil telefonla Fövqəladə Hallar Nazirliyinin "112" Xidmətinə zəng edərək, "Sərhədçi stadionunda bomba var, adam göndərin" deyərək telefonu söndürüb.
Anews.az xəbər verir ki, DİN-in "102 zəng mərkəzi", Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai RPİ və Nərimanov RPİ əməkdaşlarının dərhal həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini 14 yaşlı X.M. müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində yarışların keçirildiyi idman mərkəzlərindən biri də Sərhədçi İdman Olimpiya Mərkəzidir.
Faktla əlaqədar cinayət işi başlanılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !