Nigeriyada "Boko Haram" radikal islamçı qruplaşma Yobe ştatının Buni-Yadi şəhərindəki məktəblərdən birinə hücum edərək, şagirdləri qətlə yetiriblər. Faciə nəticəsində 59 şagirdin öldüyü bildirilir.
ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, şagirdlərin bir hissəsi məktəbdə baş verən yanğında ölüb, yanğın zamanı xəsarət alanların da bəziləri sonradan keçinib.
"Agence France-Presse" agentliyinin xəbərinə görə, terrorçular ancaq oğlan uşaqlarını öldürüblər. Ölənlər arasında qızların olmadığı bildirilir.
Hadisənin 25 fevral gecə radələrində baş verdiyi bildirilir. Döyüşçülər yataqxanaya partlayıcı maddə atıblar, sonra isə yuxuda olan şagirdlərə odlu və soyuq silahlarla hücum ediblər. Kollecin 24 korpusunun hamısı yandırılıb.
Dünyəvi təhsilin şəriətə uyğun olmadığını bildirən "Boko haram" islamçı qruplaşması dəfələrlə Nigeriyada təhsil müəssələrinə hücum edib. 2013-cü ilin sentyabrnda Yobe ştatındakı başqa bir məktəbə hücum edən döyüşçülər 90 şagirdi qətlə yetirmişdilər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !