İslamı tənqid edən siyasətçi məhkəmə önündə

22:22 | 21.10.2015
İslamı tənqid edən siyasətçi məhkəmə önündə

İslamı tənqid edən siyasətçi məhkəmə önündə

Xanım Le Pen küçə ibadətlərini faşist işğalı ilə müqayisə edib

Müsəlmanların küçədə qıldıqları namazı faşist işğalı ilə müqayisə etdiyi üçün məhkəməyə çəkilən Fransanın "Xalq Cəbhəsi" sağ radikal partiyasının lideri Marine Le Pen deyir ki, hökumət bu yolla onu təqib edir.

Oktyabrın 20-də Lionda onun məhkəməsi keçirilib.

Exit-pollar bu ilin dekabrında keçiriləcək regional seçkilərdə Marine Le Pen-in partiyasının qələbə çalacağını göstərir. 2011-ci ildə partiyanı onun təsisçisi olmuş atası Jean-Marie-dan alandan sonra siyasətçi xanım partiya tərəfdaşlarının sayını çoxaltmağa çalışır.

Jean-Mari bir neçə dəfə radikal nifrəti qızışdırmaq ittihamı ilə üzləşib və hətta qızı da ondan məsafə saxlamağa çalışıb.
 
"Hər yerdə məscid ola-ola…”

Ancaq miqrantların artmasından və radikal İslamdan narahat olan Le Pen 2010-cu ildə görüşlərinin birində müsəlmanları tənqid edib ki, hər yerdə məscid ola-ola küçədə ibadət edirlər. /Azadliq.org

"Biz regional seçkilərin astanasındayıq, bu hadisədən isə 5 il keçib. Başqa vaxtı gözləmək olmazdımı?”- fransız siyasətçi jurnalistlərə deyib.

2010-cu ildə o, çıxışında İkinci Dünya müharibəsi zamanı Fransanı nasistlər tərəfindən işğalını xatırlayıb demişdi:

"Əgər biz işğaldan danışırıqsa, onda biz küçə ibadətlərindən də danışmalıyıq, çünki bu da ərazi işğalıdır”.

"Məhəllə-məhəllə işğal”

Marine Le Pen demişdi ki, bu da məhəllələri hissə-hissə işğal etməkdir:

"Burda nə tank var, nə əsgər, amma istənilən halda işğaldır və altını insanlar çəkir”.

Ona "dini zəmində ayrı-seçkiliyi qızışdırma” ittiham irəli sürülüb. Marine Le Pen məhkəmə günü də deyib ki, küçə ibadətləri qanunsuzdur və Fransada bununla bağlı qanun qəbul olunmalıdır. Ancaq bu dəfə o, faşist işğalını xatırlamayıb. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM