İsmayıllıda əhali şortikə etiraz edir - VİDEO

11:47 | 22.08.2022
İsmayıllıda gəzintiyə çıxmış şəxs "şortik" geyindiyi üçün yerli əhalinin qınaq obyektinə çevrilib. Bu barədə görüntülər avqustun 21-də sosial şəbəkələrdə yayılıb.
 
Rayonun Qalacıq kənd sakinləri şort geyinərək çay kənarına gələn şəxsə təzyiq göstərib. Sakinlər "buradan camaatın anası-bacısı keçir" deyərək həmin şəxs ilə mübahisə edib.
 
"Analarımız, bacılarımız  keçəndə lüt bədənlə olar, şortik ilə olmaz?", - deyə şort geyinən şəxs bildirib.
 
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib ki, görüntülər ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə hər hansı bir müraciət daxil olmayıb.

"Ancaq yayılan videogörüntülərdə sözlü mübahisə edən yerli sakinlərlə profilaktik söhbət aparılıb”, - qurumdan deyilib.

Ətraflı videoda:

 
 
Kənan Əzizli 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb