İsmayıllıda yeni sürüşmə sahəsi yarandı

15:13 | 24.09.2018
İsmayıllıda yeni sürüşmə sahəsi yarandı

İsmayıllıda yeni sürüşmə sahəsi yarandı

"İsmayıllı rayonunda yeni sürüşmə sahəsi yaranıb".

Anews.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, rayonun Lahıc inzibati ərazi dairəsinə daxil olan Bağəli kəndində ötən günlərdə yeni sürüşmə sahəsi müşahidə olunub: "Sürüşmə geniş sahəni əhatə edir. Sürüşən sahənin eni 150, uzunluğu 700 metrə çatır. Sahənin üzərində çoxsaylı və müxtəlif istiqamətli çatlar əmələ gəlib. Hazırda ərazidə sürüşmə aktiv fazadadır".

O qeyd edib ki, həmin kənddə 3-4 ev var: "Evlərdə yaşayışın olmaması səbəbindən təbii fəlakət nəticəsində xəsarət alan olmayıb". 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM