İsmayıllının bir hissəsi qazsız qalacaq

21:56 | 13.08.2015
İsmayıllının bir hissəsi qazsız qalacaq

İsmayıllının bir hissəsi qazsız qalacaq

Avqustun 14-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin "Talıstan” və "İvanovka” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Oxu.Az SOCAR-dan verilən məlumata görə, təmir müddətində İsmayıllı rayonunun Talıstan və Talış kəndlərinin, həmçinin İvanovka qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin İsmayıllı rayonunun bəzi hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti