anews.az-ın məlumatına əsasən, bu barədə "Report” "Haber7"yə istinadən xəbər verir.
Məlumata görə, rəsmi Madrid Kataloniya hökumətinə müstəqilliklə bağlı referendum keçirəcəkləri təqdirdə hərbi müdaxilə edəcəklərini də bildirmişdi.
Hərbçilərin sərhədin sıfır nöqtəsində yerləşdirilməsinə Kataloniya hökuməti hələlik açıqlama verməyib.
"Bu referendumun keçirilməsinin qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcəyəm. Bunun keçirilməsinə mane olmaq üçün ən sonuncu üsuldan belə yararlanacağıq”, - bir müddət əvvəl İspaniya hökumətinin başçısı Mariano Rajoy vurğulamışdı.
Xatırladaq ki, ötən gün referendumun keçirilməsinin qarşısının alınması məqsədi ilə Kataloniya hökumətinin bütün təmsilçiləri, güc strukturlarının rəhbərləri Madridə çağırılıb.
Qeyd edək ki, Kataloniyanın əyalət parlamenti bu il oktyabrın 1-də "bölgənin müstəqilliyi” ilə bağlı referendum keçirilməsi haqqında qərar qəbul edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !