Nazir: İspaniya Konstitusiyasının 155-ci maddəsi tətbiq ediləcək.
İspaniya hökuməti Kataloniyanın müstəqilliyini elan edəcəyi təqdirdə muxtariyyətini ləğv edəcəyini bildirib.
"Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın ədliyyə naziri Rafael Katal bildirib.
Onun sözlərinə görə, Kataloniya müstəqilliyini elan edərsə, əyalətin muxtariyyətinin ləğv edilməsi ilə bağlı İspaniya Konstitusiyasının 155-ci maddəsi tətbiq ediləcək: "Bu maddə muxtariyyətin ləğv edilməsinə icazə verir”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !