İspaniyanın Nazirlər Kabineti Kataloniyanın müstəqillik elanının geri çəkilməsinə qarşı yeni tədbirlər görmək üçün fövqəladə iclas elan edib.
Publika.az xəbər verir ki, İspaniya hökuməti Kataloniya rəhbəri Çarlz Puiqemonta dialoqa başlanması üçün 1 ay müddət verib.
Bu arada Kataloniyadakı müstəqillik cəhdlərinə başçılıq edən iqtidardakı Junts pel Si ittifaqı ilə ona xaricdən dəstək verən kommunist baxışlı Xalq Birliyi (CUP) partiyasından ümumilikdə 72 millət vəkili Kataloniya Muxtar Vilayətinin rəhbəri tərəfindən təxirə salındığı elan edilən müstəqillik qərarına imza atıb.
Millət vəkilləri müstəqillik tərəfdarı olan katalonların yaşadığı xəyal qırıqlığını azaltmaq və müstəqillik iddialarının davam etdiyini göstərmək üçün imzalanan elanın heç bir dəyəri olmadığını da qeyd ediblər.
Kataloniya hökuməti rəhbərinin müstəqillik elanından geri çəkilməsində Avropa İttifaqının təsiri olduğu bildirilib.
Junts pel Si partiyasının üzvləri Avropa İttifaqının Kataloniyanın müstəqilliyinə hazır olmadıqlarını və buna görə də Ç.Puiqemonta təzyiq göstərdiklərini bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !