İspaniya kralı VI Felipe bəyan edib ki, Kataloniya hökuməti ölkə konstitusiyasını pozur.
anews.az-ın xəbərinə görə, onun bəyanatı ölkə başçısının rəsmi saytında yerləşdirilib.
"Kataloniyada yerli hakimiyyət özünü qanun və demokratiyadan kənarda göstərdi. Onlar İspaniyanın birliyini sındırmaq istəyirlər. Öz məsuliyyətsiz hərəkətləri ilə onlar Kataloniyanın və bütün İspaniyanın iqtisadiyyatını və sosial stabilliyini təhlükə altına atırlar”, - bəyanatda deyilir.
Kral kataloniyalılara digər "ispaniyalıların tam dəstəyi”ni söz verib.
Xatırladaq ki, Kataloniyada oktyabrın 1-də keçirilən referendum zamanı seçicilərin 90 faizindən çoxu regionun İspaniyadan ayrılaraq müstəqil olmasına səs verib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !