İspaniya Kubokunun 1/4 finalında Madrid derbisi olacaq

23:58 | 20.01.2023
İspaniya Kubokunun 1/4 finalında Madrid derbisi olacaq

İspaniya Kubokunun 1/4 finalında Madrid derbisi olacaq

İspaniya Kubokunun 1/4 final mərhələsində Madrid derbisi baş tutacaq.

Bu raundun püşkatma mərasimində "Real”la "Atletiko” bir-birinə rəqib olub.

Digər iddialı komanda "Barselona” "Real Sosyedad”la münasibətlərinə aydınlıq gətirəcək. "Real” və "Barselona” oyunlarını öz meydanlarında keçirəcəklər. Bundan başqa, "Sevilya” "Osasuna”nın, "Atletik” də "Valensiya”nın qonağı olacaq.

Bir oyundan ibarət olacaq cütlüklərin qalibləri yarımfinala adlayacaqlar. 1/4 final mərhələsinin matçları 24-26 yanvar tarixlərində keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM