İspaniya milli komandası itki ilə üzləşib. Qol.Az-ın məlumatına görə, komandanın ikinci qapıçısı David de Xea məşq zamanı ayağından zədə alıb.
Təcrübəli qapıçının zədəsi ciddidir. Onun ən azı 10 gün meydana çıxa bilməyəcəyi məlum olub. Hətta qapıçının milli komandanın heyətindən çıxarılacağı ehtimal olunur.
Qeyd edək ki, İspaniya millsinində qapıçılar arasında De Xea və Kasilyasdan əlavə Pepe Reyna da yer alıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !