İspaniya parlamenti Xocalı faciəsi haqqında qətnamə qəbul edə bilər

16:56 | 08.02.2014
İspaniya parlamenti Xocalı faciəsi haqqında qətnamə qəbul edə bilər

İspaniya parlamenti Xocalı faciəsi haqqında qətnamə qəbul edə bilər

İspaniya parlamentində Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqları barədə, o cümlədən Xocalı faciəsi ilə bağlı sənədin qəbul olunması nəzərdə tutulur.

Bunu Bakıda səfərdə olan İspaniya parlament nümayəndə heyətinin rəhbəri, İspaniya Xalq Partiyasının Valensiya üzrə deputatı, Xarici işlər üzrə komissiyanın təmsilçisi Xose Maria Çikiyo Milli Məclisdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüş zamanı indiyə qədər Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi ilə bağlı beynəlxalq təşkilatlarda və bir sıra ölkələrdə qəbul olunmuş sənədlər əldə edilib və o sənədlərlə tanış olacaqlar: “Biz ölkəmizə qayıdan kimi parlamentdə Azərbaycanın işğal olunmuş torpaqları, Xocalı soyqırımı ilə bağlı eyni sənədlərin qəbul olunması üçün işə başlayacağıq. Əminəm ki, İspaniya Krallığı qardaş Azərbaycanın haqq səsinin tanınması üçün bu sənədlərin qəbulu üçün lazımı dəstəyi göstərəcək və biz də eyni sənədləri qəbul edə biləcəyik”.

 

İspan deputat qeyd edib ki, bütün sahələrdə olduğu kimi, Dağlıq Qarabağ məsələsində də Azərbaycanla hər cür əməkdaşlığa və yardıma hazırdırlar: “Bununla bağlı BMT-nin 4 qətnaməsi var və 20 ildir ki, bu qətnamələrə əməl olunmur. Biz İspaniya dövləti olaraq bu qətnamələrə əməl olunması üçün əlimizdən nə gəlirsə, onu edəcəyik”.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb