İspaniya kralı VI Filippin əmisi qızı, şahzadə Mariya Tereza koronavirusdan ölüb.
Bu barədə "Report” "Radio Svoboda”ya istinadən xəbər verir.
Mariya Terezanın ölümü barədə kiçik qardaşı şahzadə Sikst Henrix Burbon-Parma məlumat verib. Parma Burbonlar ailəsi İspaniya kral ailəsinin ən gənc qoludur.
Xatırladaq ki, kral ailələrinin daha iki nümayəndəsi də koronavirusa yoluxub. Bunlar Britaniya taxtının varisi, Böyük Britaniya kraliçası II Elizabetin böyük oğlu şahzadə Çarlz və Monakonun hakim şahzadəsi II Albertdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !