İspaniya özünə gəldi: 5-1 - VİDEO

10:42 | 09.09.2014
İspaniya özünə gəldi: 5-1 - VİDEO

İspaniya özünə gəldi: 5-1 - VİDEO

2016-cı ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində C qrupunda İspaniya millisi Makedoniyanı qəbul edib.ANN.Az xəbər verir ki, matça yaxşı başlayan ispanlar 15-ci dəqiqədə David Silvaya qarşı kobudluqdan sonra təyin olunan penaltı ilə ilk qolunu vurub. Serxio Ramos hesabı açıb: 1-0Bu qoldan 2 dəqiqə sonra da Pako Alkacer hesab arasındakı fərqi artırıb: 2-028-ci dəqiqədə Makedoniya fərqi 1-ə endirib. Daha sonra 45+3-cü dəqiqədə Buskets, 50-ci dəqiqədə Silva, 90-cı dəqiqədə isə Pedro hesabı artırıb.Beləliklə, son Dünya Çempionatında biabırçı nəticə göstərən ispanlar 5:1 hesabı ilə qələbə qazanıb.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb