İspaniyada kanatın qırılması nəticəsində 30 nəfər yaralanıb

19:30 | 18.01.2025
İspaniyada kanatın qırılması nəticəsində 30 nəfər yaralanıb

İspaniyada kanatın qırılması nəticəsində 30 nəfər yaralanıb


İspaniyada kanatın qırılması nəticəsində onlarla insan yaralanıb.Bu barədə İspaniya mediası məlumat verib.
 
Hadisə ölkənin Fransa ilə sərhədində Pireney dağ silsiləsində yerləşən Astun xizək kurortunda baş verib.

Dövlət telekanalı hadisə nəticəsində 80-ə yaxın insanın kanatda sıxışıb qaldığını bildirib.Qəza nəticəsində ən azı 30 nəfər yaralanıb. Onlardan 9-nun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisənin səbəbi hazırda məlum deyil.

İspaniyanın Baş naziri Pedro Sançes "qəza xəbərindən şoka düşdüyünü" deyib:
"Yaralılara və onların ailələrinə bütün səbrimizi bildiririk".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM