İspaniya Polisi Avropa ölkələrindən 100 minə qədər adamın Suriya və İraqa döyüşmək üçün getdiyini irəli sürür.
ANN.Az milliyet.com.tr-yə istinadən xəbər verir ki, Kəşfiyyat xidməti xəbər verir ki, bu günə qədər Avropa ölkələrindən təxminən 3-4 min insan İraq və Suriyaya döyüşmək üçün gedib. Ancaq İspaniya polisi isə bu rəqəmin 30-100 min arasında olduğunu irəli sürür.
El Pais qəzetinin verdiyi xəbərə görə, İraq və Suriyada döyüşən insanlar Avropaya qayıtmaq üçün qaçaqçılardan kömək alırlar. Əvvəl İspaniyaya gələn İraq və Suriyada döyüşənlər daha sonra müxtəlif yollarla Avropaya gedirlər. Getdikləri döyüş bölgələrində hərbi təhsili alan bu şəxslər isə saxta sənədlərlə qaçqın kimi Avropaya gəlirlər.
Qaçaqçılar gətirdikləri şəxslərdən 10 min avroya qədər pul alırlar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !