İspaniyalı futbolçu Azərbaycan millisində oynamaq istəyir

16:06 | 05.01.2015
İspaniyalı futbolçu Azərbaycan millisində oynamaq istəyir

İspaniyalı futbolçu Azərbaycan millisində oynamaq istəyir

Azərbaycan millisinin üzvlüyünə namizəd Eddi İsrafilov AFFA ilə danışıqlar üçün Bakıya gələcək.

ANN.Az "Sportbox.az"a istinadən xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki İspaniya La Liqasında mübarizə aparan "Qranada"nın futbolçusu ilə əlaqə saxlayaraq onu ölkəmizə dəvət edib.

Bu dəfə Azərbaycan millisində oynamaq təşəbbüsü futbolçunun özü tərəfindən irəli sürülüb. O daha öncə yığmamızda oynaması üçün AFFA-dan 1 milyon avro tələb etmişdi. Lakin AFFA həmin məbləği 22 yaşlı futbolçuya ödəmək niyyətində olmadığını açıqlamışdı.

Qeyd edək ki, Eddi İsrafilov 1992-ci ildə İspaniyada anadan olub. Onun atası anqolalı, anası - Elnarə İsrafilov isə azərbaycanlıdır. İlk komandası "Mursiya" olan İsrafilov hazırda icarə əsasında "Qranada"da çıxış edir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb