"Bir gün əvvəl İsrailə Qəzza zolağından raketlər atılıb. Buna cavab olaraq bir qədər əvvəl İsrail Müdafiə Qüvvələrinin qırıcıları və pilotsuz təyyarələri Qəzza zolağının şimalındakı bir neçə Həmas obyektlərinə zərbələr endirib. İsrail ordusu ölkə vətəndaşlarına zərər vurma cəhdlərinin qarşısını almağa davam edəcək və Qəzza zolağında baş verən bütün hadisələrə görə Həmas məsuliyyət daşıyır”, - deyə hərbi açıqlamada bildirilib.
Çərşənbə günü İsrail hərbi qüvvələri Fələstin anklavından üç raketin atıldığını müəyyən edib. Bu zərbələr nəticəsində xəsarət alan olmayıb. Qəzza zolağında fələstinlilərlə İsrail ordusu arasında qarşılıqlı raket atışları üçüncü gündür davam edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !