İsrail Azərbaycanda insulin istehsal edəcək

17:03 | 14.11.2022
2022-ci ilin dekabrında Ələt Azad İqtisadi Zonasının (AİZ) ərazisində insulin istehsalı zavodunun tikintisinə başlanılacaq.

Layihəni bu il sentyabrın 13-də AİZ administrasiyası ilə müqavilə bağlayan və Azərbaycanın bu azad iqtisadi zonasının ilk rezidentlərindən biri olan İsrailin Biopharmax Group Ltd şirkəti həyata keçirəcək.

Biopharm AFEZCO şirkətinin (İsrail şirkətinin Azərbaycandakı nümayəndəliyi) nümayəndələrindən biri anews.az-a bildirib ki, insulin istehsalı zavodunun tikintisi Ələtdə bu layihənin həyata keçirilməsi üçün ayrılmış 3 hektar ərazidə aparılacaq. 

"İnsulin şəkərli diabet xəstələri üçün həyat əhəmiyyətli dərmandır və AİZ-də müəssisənin yaradılması Azərbaycana onun idxalını azaltmağa və daha sonra tam dayandırmağa imkan verəcək. Həmçinin bu müəssisə NaCl məhlulları, peyvəndlər, daha sonra isə Azərbaycanda tələbat olan antibiotiklər, vitaminlər və digər tibbi məhsullar (50-yə yaxın adda) istehsal edəcək”, - Biopharm AFEZCO nümayəndəsi  bildirib.

O xatırladıb ki, İsrailin "Biopharmax” şirkəti 40 ilə yaxındır ki, dünyada tanınır və dərman preparatları istehsal edən ixtisaslaşdırılmış tibb müəssisələrinin layihələndirilməsi və tikintisi ilə məşğul olur, həmçinin müxtəlif növ dərmanlar, xüsusən də xərçəng xəstələri üçün dərmanlar, həmçinin analiz üçün reagentlər istehsal edir. 

Bu şirkətin məhsulları ən keyfiyyətlidir.

Bundan əlavə, İsrail şirkəti xəstəxanalar və digər ixtisaslaşdırılmış müəssisələr üçün hava təmizləyiciləri istehsal edir.

Şirkət bu yaxınlarda Bakıda Ekspo Mərkəzində keçirilən Medinex beynəlxalq tibb sərgisində iştirak edib.

Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, Yer kürəsində 537 milyondan çox insan şəkərli diabetdən əziyyət çəkir və bu xəstəlik ölümlə nəticələnə bilən ürək-damar və onkoloji xəstəliklərin yaranmasına təkan verir. 

Azərbaycanda şəkərli diabet xəstələrinin sayında müşahidə olunur.  Əgər 2017-ci ildə tibb müəssisələrində 243 000-ə yaxın şəkərli diabet xəstəsi qeydiyyata alınıbsa, hazırda ölkədə 300 000-ə yaxın şəkərli diabet xəstəsi var ki, onların təxminən 85%-i 2-ci tip diabetdən əziyyət çəkir, qalanları isə insulinə ehtiyac duyur .

Xəstəliyin "cavanlaşması" narahatlıq doğuru. Belə ki,  oturaq həyat tərzi, pis ekologiya və müxtəlif stresslər səbəbindən yeniyetmələrdə şəkərli diabet getdikcə daha çox təsadüf edilir. 
 
Lada Yevqraşina

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM