"Qafqazinfo” xəbər verir ki, Türkiyənin prezidenti Netanyahu haqqında demişdi: "Sanki insanlar həyacanla onu gözləyirmiş kimi əl də yelləyirdi. Nə üzlə ora gedib, orasını anlaya bilmirəm. Əvvəlcə siz öldürdüyünüz körpələrin, qadınların hesabını verin”.
Netahyahu Ərdoğanın bu sözlərinə belə cavab verib: "Parisdəki yürüşdə İsrailin təmsil olunmamasını söyləyən Ərdoğanı heç bir dünya lideri qınamadı. Onun utandırıcı çıxışları rədd və tənqid edilməlidir. Terrora qarşı mübarizəyə əxlaqla yanaşarıqsa, uğur qazanmaq mümkündür”.
"Hürriyyet” qəzeti isə İsrailin xarici işlər naziri Avidqor Libermandan sitat gətirib. Qəzetin yazdığına görə, Liberman deyib ki, "Ərdoğan özünü küçə xuliqanı kimi aparır”.
Virtualaz.org bildirir ki, İsrail XİN-in başçısı sonra əlavə edib: "Bu insan antisemitdir və mən başa düşə bilmirəm ki, Avropa ona nə vaxta qədər dözəcək? "Quzuların susması” sonda bizi ötən əsrin 30-cu illərinə qaytara bilər”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !