İsrail Beyruta aviazərbə endirib

16:23 | 30.09.2024
İsrail Beyruta aviazərbə endirib

İsrail Beyruta aviazərbə endirib

İsrail Silahlı Qüvvələri Livanın paytaxtı Beyrut şəhərinə aviazərbə endirib.

Bu barədə Livan KİV-də məlumat yayılıb.

Bununla bağlı hələlik İsrail ordusu hər hansı açıqlama yaymayıb.
 
Bir gün əvvəl İsrail ordusunun sözçüsü Daniel Həcəri bildirib ki, ölkənin hava qüvvələri Livan boyu Hizbullah şiə hərəkatının 1300 hərbi obyektinə zərbələr endirib. Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin reydləri nəticəsində 490-dan çox adam ölüb, 1600-dən çox insan yaralanıb.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM