İsrail BMT-nin binasını bombaladı: 20 ölü

13:07 | 30.07.2014
İsrail BMT-nin binasını bombaladı: 20 ölü

İsrail BMT-nin binasını bombaladı: 20 ölü

Qəzza atəşə tutulduğundan yaralıları bölgədən çıxarmaq olmur
İsrail ordusu Qəzzada Birləşmiş Millətlər Təşkilatına aid binanı bombardman edib. ANS PRESS-in məlumatına görə, İsrail qırıcıları Qəzzanın şimalında BMT-nin məktəbini bombalayıb.
İlkin məlumatlara görə, bombardman nəticəsində 20 nəfər ölüb, onlarla insan yaralanıb. Ölən və yaralananların çoxunun qadın və uşaq olduğu bildirilir. Yaralılar xəstəxanalara yerləşdirilir. İsrail ordusu ərazini atəşə tutduğundan bir çox yaralını bölgədən çıxarmaq mümkün olmur.
İsrail ordusunun hərbi əməliyyatları zamanı evləri yerlə bir olan sakinlərin əksəriyyəti bu məktəb binasına sığınmışdı. Dinc sakinlər hesab edirdilər ki, məktəb binası BMT-yə məxsus olduğu üçün İsrail buranı bombalamayacaq.
Qeyd edək ki, İsrail ordusu iyunun 7-dən Qəzzada hərbi əməliyyatalara başlayıb. Əməliyyatlarda 252-si uşaq olmaqla 1261 fələstinli ölüb, 7130 nəfər isə yaralanıb.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM