İsrail 2023-cü ildə Rusiyadan müalicə üçün ölkəyə müraciət edənlərinin 50% artacağını proqnozlaşdırıb. Bu barədə İsrail Tibbi Turizm Assosiasiyasının məlumatında bildirilib.
Belə ki, 2022-ci ildə əksəriyyəti Rusiyadan olmaqla 10 minə yaxın tibbi turist İsrailə müalicə üçün gəlib. Bu da 2021-ci ildə müqayisədə 70% çox xəstədir.
"İsrail tibbi turistlər üçün açıq idi və pandemiya zamanı müəyyən qaydalar var idi, lakin giriş mümkün idi. İndi heç bir məhdudiyyət yoxdur, Rusiyadan birbaşa uçuşlar var, vizasız rejim var, İsrail banklarına pul köçürə bilərsiniz. Buna görə də 2023-cü ildə rusiyalı tibbi turistlərin İsrailə gəlişini daha 50% artırmaq planlaşdırılır”, - IMTA sədri Mark Katzenelson bildirib.
Onlar həmçinin bildiriblər ki, keçən il İsrailə ümumilikdə 2,6 milyon turist səfər edib ki, bu da 2021-ci il (397 min) və 2020-ci illə (831 min) müqayisədə xeyli çoxdur.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !