Fələstinlilərin toplandığı qaçqın düşərgəsinə girən İsrail gücləri tərəfdindən atəşə açılan 21 yaşındakı gənc həlak olub
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Fələstinin Cenin düşərgəsinə basqın edən İsrail əsgərləri gənc fələstinlini atəş açaraq öldürüblər. Xəstəxanadan alınan xəbərlərə görə, İzzəddin Qara adlı 21 yaşlı gənc ürəyində aldığı güllə yarasından yerindəcə vəfat edib.
Hadisənin şahidləri İsrail hərbçilərinin düşərgəyə basqın təşkil etdiklərini, silah və göz yaşardıcı qaz istifadə etdiklərini deyib.
Bəzi ekspertlər hesab edir ki, bu, yenidən İsrail-fələstin münasibətlərinin gərginləşməsinə, yenidən savaşın başlanmasına səbəb ola bilər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !