• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

İsrail HƏMAS arasında atəşkəs elan edilir, girovların azad olunmasına başlanılır

İsrail HƏMAS arasında atəşkəs elan edilir, girovların azad olunmasına başlanılır
21.11.2023 18:56
İsrail ordusu ilə HƏMAS arasında müvəqqəti atəşkəs elan edilir.

Bu barədə "Al Shark” qəzeti məlumat yayıb.

Atəşkəs beş gün davam edəcək.

Həmçinin, hər gün oktyabrın 7-dən bəri HƏMAS tərəfindən əsir saxlanılan 10 girov 30 fələstinli məhbusun əvəzində azad ediləcək.
İsrail öz növbəsində Qəzza zolağında blokadada olan əhali üçün humanitar yardımla gündə 100-dən 300-ə qədər yük maşını keçirməyə razılaşıb.

"Jerusalem Post" İsrail rəsmisinə istinadən məlumat yayıb ki, ümumilikdə 53 israilli girov, o cümlədən 40 uşaq və 13 qadın azad ediləcək.

Bundan əvvəl CNN məlumat yayıb ki, noyabrın 21-də tərəflər arasında girovların azad edilməsi ilə razılaşma əldə edilə bilər. Lakin telekanal atəşkəsin şərti kimi üç fələstinli məhbusun əvəzində qadın və uşaqlar da daxil olmaqla 50 girovun azad ediləcəyini açıqlayıb.

Mənbələrin bildirdiyinə görə, atəşkəs müddətində İsrail də Qəzza zolağının şimalında PUA-nın kəşfiyyat uçuşlarını gündə azı altı saat dayandıracaq.

Bundan əvvəl "Əl-Cəzirə” telekanalı HƏMAS rəsmisi İzzət ər-Rişqə istinadən xəbər verib ki, girovların azad edilməsinə dair razılaşmanın şərtləri Qətər tərəfindən yaxın saatlarda açıqlanacaq.

İsrail hakimiyyətinin məlumatına görə, HƏMAS-ın girovluğunda 240-250 nəfər var. Bunlar əsasən İsrail vətəndaşlarıdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə iki zəlzələ olub
Dünya 15:06
Türkiyədə iki zəlzələ olub
Rusiyada dəmir yolunda daha bir partlayış baş verib
Dünya 14:12
Rusiyada dəmir yolunda daha bir partlayış baş verib
Putin və Paşinyan arasında telefon danışığı olub
Dünya 13:18
Putin və Paşinyan arasında telefon danışığı olub
Rusiyada körpü partladılıb - Ölən və yaralananlar var
Dünya 10:16
Rusiyada körpü partladılıb - Ölən və yaralananlar var
Türkiyədə yol qəzasında 15 nəfər yaralanıb
Dünya 21:59
Türkiyədə yol qəzasında 15 nəfər yaralanıb
Almaniya kansleri ABŞ-a səfər edəcək
Dünya 19:09
Almaniya kansleri ABŞ-a səfər edəcək
Ərdoğan və Orban telefon danışığı aparıb
Dünya 16:45
Ərdoğan və Orban telefon danışığı aparıb
Almaniyada yüngül mühərrikli təyyarə evə düşüb
Dünya 15:48
Almaniyada yüngül mühərrikli təyyarə evə düşüb
Yaponiyada 6,1 maqnitudalı zəlzələ olub
Dünya 14:43
Yaponiyada 6,1 maqnitudalı zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol