İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr blokadada olan Qəzza zolağında bir sıra ərazilərə raket zərbələri endirib. Bu barədə Fələstinin "Vafa" agentliyi məlumat verib.
Hücum nəticəsində yanğın baş verib, yaxınlıqdakı yaşayış məntəqələrinə maddi ziyan dəyib.
İkinci hava hücumunun hədəfi Qəzza şəhərinin cənub-qərbindəki Şeyx Ajlin bölgəsi olub. İki raket hücumu da Şeyx Aclinə ziyan vurub.
İsrail aviasiyası Fələstin anklavının mərkəzi və şimal hissələrində, həmçinin Beyt Lahye kəndinin şimalında əkin sahələrinə hücum edib.
Hücumlar nəticəsində ölən və ya yaralananlar barədə məlumat verilmir.
Ötən gecə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti Qəzza zolağından atılan raketin tutulması barədə məlumat yayıb.
Fələstinlilərə qarşı daha sərt siyasətin tərəfdarı olan İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir raket buraxılışına cavabı müzakirə etmək üçün kabinet iclasını çağırıb.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !