İsrail hökuməti Qəzzada atəşkəs sazişini təsdiqləyib

09:05 | 18.01.2025
İsrail hökuməti Qəzzada atəşkəs sazişini təsdiqləyib

İsrail hökuməti Qəzzada atəşkəs sazişini təsdiqləyib

İsrail hökuməti Fələstinin HƏMAS hərəkatı ilə Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların azad edilməsi barədə sazişi təsdiqləyib.Bu barədə İsrailin "Walla” portalı məlumat yayıb.

Daha əvvəl HƏMAS ilə sazişi İsrailin hərbi-siyasi kabineti təsdiqləmişdi.
 
İsrail və HƏMAS arasında razılaşma yanvarın 16-da Dohada əldə edilib.

"Axios” portalı mənbələrə istinadən bildiririb ki, sazişin bağlanmasında ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff, Ağ evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerk, habelə Qətər və Misir vasitəçilik ediblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM