İsrail HHQ Dəməşqin qərbindəki Mezzeh məhəlləsində bir yaşayış binasına raket hücumu edib. Bu barədə İRNA məlumat yayıb.
Mənbəyə görə, hücum İranın Suriyadakı səfirliyinin inzibati binası yaxınlığında baş verib. Hücumda əsas hədəf 800 metr aralıda yerləşən İran səfirliyinin binası olub.
Hadisə nəticəsində 7 nəfərin öldüyü, 11 nəfərin yaralandığı açıqlanıb.Ölən və yaralananlar arasında qadın və uşaqların olduğu bildirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !