İsrail korona xəstələrini bu üsulla 1 həftəyə sağaltdı

20:30 | 09.04.2020
İsrail korona xəstələrini bu üsulla 1 həftəyə sağaltdı

İsrail korona xəstələrini bu üsulla 1 həftəyə sağaltdı

İsraildə kök hüceyrə müalicə üsulu tətbiq edilən Kovid-19 xəstələrinin hamısı sağalıb.

Publika.az xəbər verir ki, 6 xəstə bu üsulla müalicə olunub.

Yerli mətbuatda dərc edilən xəbərə görə, "Pluristem” firması 3 müxtəlif səhiyyə ocağında plasentadan götürülən kök hüceyrələri laboratoriya şəraitində xüsusi proseslərdən keçirdikdən sonra ölüm riski yüksək olan 6 xəstəyə köçürüb.

Bir həftəlik müalicədən sonra böyrək və tənəffüs çatışmazlığı olan xəstələr belə sağalıb.

Son rəqəmlərə görə, İsraildə 9 min 755 nəfər koronavirusa yoluxub, 79 nəfər dünyasını dəyişib. 864 nəfər sağalıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM