“Bu gecə İsrail Qəzza üzərində yenidən uçuşlara başlaya, yerüstü əməliyyatların genişləndirilməsi məsələsi gündəmə gələ bilər. Hərbi əməliyyatları belə sonlandıra bilmərik”. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İsrailin informasiya naziri Gilad Ardenne İsrail ordu radiosunda çıxışı zamanı deyib.İsrailin xarici işlər naziri Aviqdor Liberman isə hökumət nümayəndələri ilə keçirdiyi toplantıda son döyüşlər zamanı həlak olan iki İsrail əsgərinin cəsədi geri qaytarılmayana qədər heç bir atəşkəs razılaşmasının qəbul edilməyəcəyini bildirib.“HAMAS-ın vəziyyəti anlamaq qabiliyyəti yoxdursa, Məhəmməd əd-Deyf, İsmayıl Haniyə və digər liderlərinin cəsədlərini də görəcəklər”, - deyə A. Liberman qeyd edib.O əlavə edib ki, davam edən 72 saatlıq atəşkəsin sonunda vəziyyətdə dəyişiklik baş verməsə, İsrail nəzarəti ələ alaraq bu məsələni bitirməlidir.Xatırladaq ki, avqustun 11-də tərəflər arasında razılaşdırılan 72 saatlıq atəşkəs bu gecə sona çatır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !