İsrail: Nüvə razılaşması təhlükəli olacaq

18:29 | 03.04.2015
İsrail: Nüvə razılaşması təhlükəli olacaq

İsrail: Nüvə razılaşması təhlükəli olacaq


İsrail İranın nüvə proqramı məsələsində dünyanın güc dövlətləri ilə razılaşma əldə olunmasını "çox təhlükəli istiqamətə addımlamaq” adlandırıb. Ölkənin sözcüsü Mark Regev aprelin 3-də bildirib ki, İranın "yeganə məqsədi” bu razılaşmanın fonunda nüvə silahı hazırlamaqdır.

"Bu razılaşma İranın bütün nüvə qurğularının qapadılmasına nail olmur”- deyə Regev bildirib.

İran və dünyanın əsas gücləri sayılan altı ölkə arasında "marafon” tipli danışıqların nəticəsində uzaq perspektivli sazişin təməl çərçivəsi barədə razılaşma əldə olunub.  

İranla ABŞ, Britaniya, Fransa, Rusiya, Çin və Almaniyanın əldə etdi bu razılaşma İranın nüvə silahı hazırlamaq imkanlarını əsaslı dərəcədə minimuma endirir və yekun sazişinin bütün əsas məqamlarını əhatə edir.

Prezident Barack Obama razılaşmanı "tarixi” adlandırıb.

Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti