İsrail Müdafiə Qüvvələri Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin sülhməramlı qərargahının ərazisindəki obyektə hücum edib.
Bu barədə "Əl-Cəzirə” telekanalı sülhməramlı missiyadakı mənbəyə istinadən məlumat yayıb.
"İsrail ordusu Ras-ən-Nəquradakı qərargahdakı müşahidə qülləsinə hücum edib", - məlumatda deyilir.
Telekanalın məlumatına görə, missiya mövqelərinə ümumilikdə üç zərbə endirilib, onlardan biri müşahidə qülləsinə dəyib. Hücum nəticəsində iki sülhməramlı yaralanıb.
Oktyabrın 1-də İsrail ordusu Qəzza zolağının şimalında BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məktəbinə zərbələr endirib.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !