İsrail parlamenti buraxıldı

09:34 | 09.12.2014
İsrail parlamenti buraxıldı

İsrail parlamenti buraxıldı

Knessetdə qanunvericilər parlamentin buraxılmasına qərar veriblər.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, parlamentin buraxılmasına səbəb bir qədər əvvəl baş nazir Benyamin Netanyahunun maliyyə naziri Yair Lapid və ədliyyə naziri Çipi Livnini vəzifəsindən kənarlaşdırması olub.

Hazırkı parlament qanuni müddətin heç yarısını da başa vura bilməyib. İsrail mətbuatı Netanyahunun yeni hökumətin tərkibinə dini partiya liderlərini də cəlb edəcəyini yazır. Netanyahunun İsrailin təkcə yəhudilərin ölkəsi olmasına dair təklif etdiyi qanun layihəsi, həmçinin, vergi və müdafiə siyasətində yaranmış ziddiyyətli fikirlə məhz nazirlər arasında gərginliyə səbəb olmuşdu. Deputatlar yeni ümummilli seçkilərin vaxtını mart ayının 17-nə müəyyənləşdiriblər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti