İsrail Prezidenti İshak Hersoq bu il Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında ölkəsini təmsil edəcəyini açıqlayıb. Bu barədə The Times of Israel nəşri məlumat yayıb.
Prezident sarayında keçirilən görüşdə o, iqlim dəyişikliyi probleminin çox vacib olduğunu vurğulayıb. Bundan əlavə, İsrail üçün hazırkı şəraitdə regional əməkdaşlığı gücləndirmək daha da əhəmiyyət qazanır.
Bununla yanaşı, nəşrin qeyd etdiyinə görə, Baş nazir Benyamin Netanyahu Bakıya gəlməyəcək.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !