İsrail prezidenti Şimon Peres Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.APA-nın məlumatına görə, təbrik məktubunda deyilir: “Hörmətli cənab prezident, Azərbaycanın milli bayramı - Respublika Günü mənə zati-alinizə İsrail xalqı adından və şəxsən öz adımdan səmimi və xoş arzularımı çatdırmaq, sizə cansağlığı, ölkənizə və xalqınıza isə davamlı inkişaf arzulamaq imkanı yaradır. Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”. 28 May-Respublika Günü münasibəti ilə Azərbaycanın dövlət başçısını həmçinin Vyetnam Sosialist Respublikasının prezidenti Truonq Tan Sanq təbrik edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !