ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Rivlin, Qəzzanın yenidən abadlığı işlərindən məsul olan Birləşmiş Millətlər Təşkilatının katibi Geeta Vermanı qəbul edib. Görüşdə Qəzzada yaşanan qarşıdurmalardan söz açılıb.
Rivlin görüşdə "İsrail Qəzza xalqının qarşılaşdığı çətinliklərə əhəmiyyət verir və Qəzzada həyat standartlarının yaxşılaşdırılması üçün BMT-yə dəstək verməyə hazırıq" ifadəsini işlədib.
Verma isə Qəzzadakı problemlərin həlli və həyat standartlarının yaxşılaşdırılması üçün Misirin də dəstək verməyə hazır olduğunu ifadə edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !