İsrail Prezidenti İsxak Hersoq Yaxın Şərqdəki siyasi qüvvələri İrana qarşı birləşməyə və radikallara qarşı mübarizə aparmaq üçün NATO kimi ittifaq yaratmağa çağırıb.Bu barədə o, "Al Arabiya”ya müsahibəsində deyib.
"Əgər müqavimət göstərə və birlikdə hərəkət edə bilsək, əlbəttə ki, daha yaxşı gələcək üçün NATO kimi strukturun yaradılmasına ümid edə bilərik”, - deyə Hersoq bildirib.
O, İranı Yaxın Şərqin təhlükəsizliyinə real təhlükə adlandırıb. Hersoq İsrailin Tehrana qarşı cavab planının nəzərdən keçirildiyini xatırladıb, lakin mümkün cavabın formatını və ya vaxtını açıqlamayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !