İsrail Qəzza sakinlərinin təxliyəsi üçün xəritə dərc edib

18:16 | 01.12.2023
İsrail Qəzza sakinlərinin təxliyəsi üçün xəritə dərc edib

İsrail Qəzza sakinlərinin təxliyəsi üçün xəritə dərc edib

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza sakinlərinin təxliyəsi üçün Qəzza zolağının yeni xəritəsini yeni dərc edib.

IDF bu barədə "X" sosial media hesabında məlumat paylaşıb.

Məlumata görə, sakinlərin ərazidən təhlükəsiz təxliyəsi üçün xəritədə Qəzza zolağının məhəllə və rayonlar üzrə bölgüsü əks olunub.
İsrail Müdafiə Qüvvələri Qəzza sakinlərini İsrail hərbçilərinin göstərişlərinə riayət etməyə çağırıb.

İsraillə HƏMAS arasında 24 noyabrdan müvəqqəti atəşkəs elan edilmişdi. Dekabrın 1-də İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatlara yenidən başlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM