İsrail ordusu Qəzzada Həmasa aid olan 10 nöqtəyə zərbə endirib.
Anews.az "Sputnik”ə istinadən xəbər verir ki, məlumat İsrail ordusuna məxsus "Twitter” hesabında yayılıb. Məlumatda, partlayıcı maddələr və döyüş materiallarının istehsal olunduğu atelye və raket sınaqlarının keçirildiyi bir qərargah da daxil olmaqla, Həmasa aid nöqtələrin İsrail döyüş təyyarələri tərəfindən vurulduğu ifadə edilib.
Hücumun ötən gün Qəzzadan İsrailə atılan raketli hücum səbəbindən həyata keçirildiyi deyilir. İsrail ordusu, hücum vaxtı Qəzzadan İsrailə 13 raket atıldığını qeyd edib. Onlardan 8-i zərərsizləşdirilib.
Hücum nəticəsində heç bir insan tələfatı olmadığı deyilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !