Qəzza zolağında planlaşdırılan atəşkəs Fələstinin "HƏMAS” hərəkatı azad ediləcək girovların siyahısını İsrailə təqdim etməyənə qədər başlamayacaq.Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən bildirilib.
"Ynet” portalının məlumatına görə, "HƏMAS” Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində bu gün mübadilə zamanı azad edilməsi planlaşdırılan girovların siyahısının İsrailə verilməsini təxirə salıb.Bu, texniki səbəblərlə əlaqələndirilir.
İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin hələ də girovların siyahısını almadığını təsdiqləyib. Onun sözlərinə görə, Təl-Əviv azad ediləcək girovların siyahısını alana qədər Qəzza razılaşması çərçivəsində irəliləmək niyyətində deyil.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !