İsrail Müdafiə Qüvvələri Qəzza zolağındakı "Əş-Şifa" xəstəxanasını boşaltmaq üçün bir saat vaxt verib.
Bu barədə "Al Jazeera" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Personal, xəstələr və xəstəxanaya sığınmış məcburi köçkünlər 1 saat ərzində xəstəxananı boşaltmalıdır.
Oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !