İsrail Quterreşi arzuolunmaz şəxs elan edib və ölkəyə girişini qadağan edib

14:46 | 02.10.2024
İsrail Quterreşi arzuolunmaz şəxs elan edib və ölkəyə girişini qadağan edib

İsrail Quterreşi arzuolunmaz şəxs elan edib və ölkəyə girişini qadağan edib

İsrailin xarici işlər naziri İsrael Katz BMT-nin baş katibi Antoni Quterreşin İranın İsrailə hücumunu pisləmədiyinə görə onun yəhudi dövlətinə girişini qadağan edib və onu persona non-qrata elan edib. Bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


"İranın İsrailə qarşı cinayətkar hücumunu birmənalı şəkildə qınamayan hər kəs İsrail torpağına ayaq basmağa layiq deyil. Terrorçuları, təcavüzkarları və qatilləri dəstəkləyən bu İsrailə nifrət edən baş katib Quterreş Birləşmiş Ştatların tarixində bir ləkə kimi yadda qalacaq" - Ynet portalı yazıb. 
 
İsrailin sentyabrın 23-dən Hizbullaha qarşı əməliyyat keçirdiyi Livandakı gərginlik fonunda İran İsrailə raket zərbələri endirib.
 
"The Jerusalem Post” qəzetinin məlumatına görə , İrandan İsrailə 500-ə yaxın raket atılıb.

 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM